• Fələstin səfiri: "Bizim üçün ilin bütün günləri Qüds və Fələstin günləridir"

Fələstinin Bakıdakı səfiri deyib: "Bizim üçün ilin bütün günləri Qüds və Fələstin günləridir".

Hər il mübarək Ramazan ayının sonuncu cümə günü Qüdsün və Fələstinin sionist rejim tərəfindən işğalına etiraz, Fələstin xalqına dəstək üçün dünyanın əksər ölkələrində Beynəlxalq Qüds günü aksiyaları keçirilir. Artıq uzun illərdir sözügedən aksiyalar Azərbaycanda da təşkil olunur. Sözügedən tədbirlər konfrans və aksiya şəklində qeyd edilir. FaktXəbər-in, "Bu cür aksiyalar və tədbirlər Fələstin xalqının mübarizəsinə nə kimi təsir göstərir" sualını Fələstinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim cavablandırıb:
"Şübhəsiz ki, Qüds gününün qeyd olunması müasir bəşəriyyət tarixində ən uzun işğaldan əziyyət çəkən bu müqəddəs şəhərin əhəmiyyətinin hər il yenidən xatırlanmasıdır. İsrail işğalçı hakimiyyəti Qüdsi Şərifdə və işğal edilmiş qalan Fələstin torpaqlarında həyatın bütün yönlərinə nəzarət edir. Misal olaraq, İsrail işğalçı hakimiyyəti nə zaman, necə və fələstinlilərdən kimlərin Qüds şəhərinə daxil olmalarına nəzarət edir. Bu günün və bir neçə buna bənzər tədbirlərin bütün dünyada qeyd edilməsi İsrail işğalçı hakimiyyətindən əziyyət çəkən Fələstin xalqına qarşı gündəlik zülmün və paytaxtı Qüdsi Şərif olmaqla Fələstin dövləti torpaqlarını işğalın sona çatması üçün dünyanın verdiyi dəstəyə əlavə olaraq öz töhfəsini verir ki, fələstinlilər də yer üzünün digər xalqları kimi azad şəkildə, ləyaqətlə yaşamaq imkanı əldə etsinlər. Bu regional və beynəlxalq stabilliyin və sülhün əsaslarının möhkəmləndirilməsinə öz töhfəsini verir. Biz fələstinlilərə gəlincə, bizim üçün ilin bütün günləri Qüds və Fələstin günləridir."
Jul 11, 2015 09:35 Asia/Baku
Şərhlər