Jul 17, 2015 10:13 Asia/Baku
  • Həmas sionist rejimin Qəzzə zolağına qarşı hücumuna reaksiya verib
    Həmas sionist rejimin Qəzzə zolağına qarşı hücumuna reaksiya verib

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın başçılarından biri Qəzzə zolağına qarşı hücumu ilə bağlı sionist rejimə xəbərdarlıq edib.

Sin Xua-nın məlumatına görə, Həmas-ın başçılarından olan İsmayıl Rizvan dünən gecə sionist işğalçıların Qəzzə zolağında vəziyyətin ağırlaşmasında məsuliyyət daşıdıqlarını bildirib və deyib ki, İsrail rejimi Qəzzəyə hücumla ağılsızlığa yol veribdir.
İsmayıl Rizvan əlavə edib: Əgər sionist rejim Qəzzə zolağında fələstinlilərə qarşı hücumlarını davam etdirərsə, Fələstin Müqaviməti bu hücumlara dağıdıcı cavab verəcəkdir.
Sionist rejim ordusunun qırıcıları dünən Qəzzə zolağının mərkəzi və şimalını bir neçə raketlə hədəfə alıblar ki, nəricədə bir fələstinli yaralanıbdır.
Sionist hərbçilər 2014-cü ilin iyulunda Qəzzə zolağında əlligünlük savaş başa çatandan sonra Həmas ilə atəşkəs razılaşmasının imzalanmasından bəri daim bu atəşkəsi pozaraq, Fələstinin müxtəlif mənqətələrinə hücum edirlər.
Sionist rejim ordusunun 2014-cü ilin iyulunda Qəzzə zolağına qarşı əlligünlük savaşında 2300-dən çox fələstinli şəhid olub, on bir min nəfərdən çox fələstinli də yaralanıbdır.

Teqlər

Şərhlər