Jul 31, 2015 08:52 Asia/Baku
  • Yəmənin cənubunda yüz terrorçu öldürülüb
    Yəmənin cənubunda yüz terrorçu öldürülüb

Yəmən ordusunun komandanlarından biri Ədən şəhərində gedən döyüşlərdə yüz terrorçunun öldürüldüyünü bildirib.

Yəmən ordusu komandanlarından general Abdulla əl-Səqəri deyib: Əl-Qaidə terrorçuları və fərari prezident Əbd Rəbbə Mənsur Hadiyə bağlı yaraqlılardan 100 nəfəri Ədən şəhərində öldürülüb.
Əl-Səqəri əlavə edib: Yəmən ordusu və xalq qüvvələrinin irəliləməsi ilə Ədəndə son qələbə çox yaxındır.
O bildirib: Ənsarullah hərəkatının qüvvələri Yəmən ordusu və tayfa qüvvələrinin dəstəyi ilə Ədən Universiteti və dövlət idarələrinə tam nəzarətə yaxınlaşıblar.
Yəmən ordusunun komandanının sözlərinə görə, Ədən Universiteti bu şəhərin şimal və qərbinin terrorçuların işğalından azad edilməsinin açarıdır.
Bu arada səudiyyə qırıcıları Ləhic vilayətinin əl-Ənd hava bazasını bombardman ediblər.
Yəmən ordusunun ən böyük hava bazası olan əl-Ənd bazası bundan öncə dəfələrlə səudiyyə qırıcılarının hücumuna məruz qalıb.
Ərəbistan qırıcıları əl-Ənd bazası və onun ətraf bölgələrini bombardman etməklə Mənsur Hadiyə bağlı qüvvələrin irəliləməsi və bu strateji bazanın işğal olunması üçün lazımi hava dəstəyini təmin etməyə çalışırlar.

Teqlər

Şərhlər