Aug 07, 2015 13:50 Asia/Baku
  • Ali-Xəlifə rejiminin repressiyaları davam edir
    Ali-Xəlifə rejiminin repressiyaları davam edir

Bəhreynin müxtəlif məntəqələri hələ də siyasi fəalların repressiya edilməsi, insan haqlarının pozulması və sivil etiraz aksiyalarına qarşı güc tətbiq edilməsinin şahididir.

Bəhreynin insan haqları mərkəzi cümə axşamı günü bir bəyanat yayaraq, Ali-Xəlifə rejiminin bu ölkə xalqına qarşı repressiyalarının artmasını qınayıb. Bu bəyanatda deyilir: Bəhreynin təhlükəsizlik qüvvələri ötən həftə Sitrə adasında baş verən partlayışı bəhanə edərək, siyasi fəallardan olan 32 nəfəri heç bir səbəb olmadan həbs edib. Saxlanılan şəxslərdən yalnız 6-sı sərbəst buraxılıb.
Bəhreynin insan haqları mərkəzinin yaydığı məlumata görə, Bəhreyn hərbçiləri Sitrədə partlayışın baş verməsinin ardınca, məhkəmə qərarı olmadan siyasi fəalların evlərinə basqın edərək, onları həbs ediblər. Bu arada Bəhreynin baş prokuroru Bəhreynin milli-islami Vifaq birliyinin rəhbər üzvlərindən olan Məcid Miladın həbs müddətini 13 sentyabr tarixinə kimi uzadaraq, onun sərbəst buraxılması ilə bağlı istəyini təmin etməyib.
Bəhreynin milli-islami Vifaq cəmiyyəti isə Baş Prokurorluğun bu qərarına reaksiya olaraq bir bəyanat yayıb və bildirib ki, Məcid Miladın azadlıq tələbinin təmin edilməməsi qanunun kobud şəkildə pozulmasıdır və bu işdə məqsəd müxaliflərə qarşı təzyiqləri artırmaq, tənqidçiləri susdurmaqdır.
Bu bəyanatda həmçinin deyilir: Ali-Xəlifə rejimi bu kimi hərəkətlərlə müxaliflərini susdura və etirazların davam etməsini önləyə, Bəhreyn xalqını ölkədə demokratik bir quruluşun formalaşması üzrə qanuni haqqından məhrum edə bilməyəcək.
Digər tərəfdən Bəhreynin insan haqları mərkəzinin sədri Nəbil Rəcəb cümə axşamı günü Ali-Xəlifə rejiminin repressiyalarını tənqid edərək, hökumətin xalqın tələblərinə əhəmiyyət verməməsini qınayıb və deyib: Bəhreyn böhranı siyasi həll yoluna ehtiyaclıdır və yalnız milli barışıq yolu ilə bu problemi həll etmək olar.
Bu bəhreynli fəal siyasi fəallar və hüquq müdafiəçilərinin həbs və işgəncə edilməsinə son qoyulmasını istəyərək, şiə müsəlmanlara qarşı ayrı-seçkiliyə əsaslanan rəftarlara son qoyulmasını istəyib. Nəbil Rəcəb daha sonra deyib: Xalqın istək və tələblərinə göz yummaq, vətəndaş haqlarını pozmaq hökuməti daha çətin vəziyyətə salmış olacaq.
Bəhreyndən daxil olan başqa bir məlumata görə, 14 Avqust, Bəhreynin İngiltərənin müstəmləkəsindən azad olduğu günün yaxınlaşması ilə, xalq həmin gün etiraz aksiyasında iştiraka öz hazırlığını elan edib. Həmçinin, Bəhreynin inqilabçı xalqı ölkədə ədalət və bərabərliyin təmin ediləcəyi, demokratik bir quruluşun yaradılacağı zamana kimi mübarizənin davam etdirilməsinə təkid edib.
Bəhreynin siyasi qrupları ayrı-ayrılıqda bəyanatlar yayaraq, bu ölkə xalqından 14 avqust tarixində, İngiltərənin müstəmləkəçiliyindən azad olmağın ildönümü günü münasibətilə aksiya keçirməsini istəyiblər.
Bəhreyn 2011-ci ildən bəri Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Xalq milli hökumətin yaradılmasını, siyasi islahatların aparılmasını, siyasi məhbusların azad edilməsini tələb edir. Ali-Xəlifə rejimi isə xalqın tələblərinə əhəmiyyət verməyərək, repressiya siyasətini yürüdür.

Teqlər

Şərhlər