Sep 28, 2015 17:21 Asia/Baku
  • Sionist hərbçilərin Məsciduləqsaya hücumları davam edir
    Sionist hərbçilərin Məsciduləqsaya hücumları davam edir

Sionist rejim hərbçiləri bir daha Məsciduləqsaya hücum edərək, bir qrup namazqılanı yaralayıblar.

Ələqsa telekanalının məlumatına görə, sionist rejim hərbçiləri Məsciduləqsada fələstinli piketçiləri atəşə tutub, onlara qarşı gözyaşardıcı qaz işlədərək, yeddi fələstinlini yaralayıblar.
Sionist rejim hərbçiləri habelə Məsciduləqsanın cənub girəcəklərini atəşə tutaraq, etikaf keçirən bir qrup fələstinlini mühasirəyə alıblar.
Sionist qəsəbə sakinləri də Məsciduləqsada piketçilərin və namazqılanların emosiyalarının təhrik olunmalarına çalışan sionist hərbçilərin dəstəyi ilə Babulsilsilə və Babulməğaribə səmtlərindən Məsciduləqsaya girib və bu müqəddəs məkana hörmətsizlik ediblər.
Məsciduləqsa ötən iki həftədə yəhudi bayramları kimi bəhanələrlə sionist rejim hərbçiləri ilə fələstinlilər arasında gərginliyin şiddətlənməsi səhnəsi olub, belə ki, sionistlərin Məsciduləqsaya hücumları nəticəsində onlarla fələstinli yaralanıb və ya həbs olunubdur.

Teqlər

Şərhlər