Oct 26, 2015 10:41 Asia/Baku
  • Kərbəlada Aşura mərasiminin təhlükəsizlik planı uğurla icra edildi
    Kərbəlada Aşura mərasiminin təhlükəsizlik planı uğurla icra edildi

İraqın daxili işlər naziri Kərbəlada Hüseyn(ə) Aşurası mərasiminin təhlükəsizliyinin təmin edilməsi planının uğurlu şəkildə icra edilməsindən xəbər verib.

Əl-İraqiyə informasiya kanalının verdiyi məlumata görə, Məhəmməd Salim əl-Ğəban bazar günü deyib: Aşura mərasiminin təhlükəsizlik planı təhlükəsizlik qüvvələri vəyerli sakinlərin əməkdaşlığı ilə uğurlu şəkildə icra edildi.
Məhəmməd Salim əl-Ğəban əlavə edib: İraqın bütün təlükəsizlik qüvvələri zəvvarların təhlükəsizliyini təmin etmək üçün yüksək səviyyətə əməkdaşlıq ediblər.
Digər tərəfdən İraqın müharibə təbliğatı qərargahı bildirib ki, İraqın xalq qüvvələri İŞİD terrorçularının əl-Ənbar vilayətində, Fəllucə şəhərinin əl-Hayəkul məntəqəsinə olan hücumunu önləyiblər. Bu əməliyyat zamanı 53 terrorçunun öldürüldüyü bildirilir.

Teqlər

Şərhlər