Nov 29, 2015 17:06 Asia/Baku
  • Qüds intifazəsinin əvvəlindən bəri 2400 fələstinli həbs olunub
    Qüds intifazəsinin əvvəlindən bəri 2400 fələstinli həbs olunub

Fələstinli Əsirlər və Azadələrin Məsələləri Komitəsi bildirib ki, sionist rejim Qüds intifazəsinin əvvəlindən bəri 2400 fələstinlini həbs edib.

IRIB-nin məlumatına görə, Fələstinli Əsirlər və Azadələrin Məsələləri Komitəsi Fələstin xalqı ilə ümumdünya həmrəylik günü münasibətilə sionist rejimin Qüds intifazəsinin əvvəlindən bəri qərb sahilində və işğal olunmuş Qüdsdə yaşayan 2400 fələstinlinin həbsi üzrə hərəkətinə toxunaraq, BMT-dən istəyibdir ki, məzlum Fələstin xalqını beynəlxalq himayə və fələstinlilərin, xüsusən sionist rejim məhbəslərindəki əsirlərin azadlığı üçün səy göstərsin.
Fələstinli Əsirlər və Azadələrin Məsələləri Komitəsi vurğulayıb ki, BMT sionist rejimin cinayətləri barədə həqiqət axtarma komitələrini göndərməklə Fələstin xalqının, xüsusən sionist rejim məhbəslərindəki əsirlərin hüquqlarının aşkar şəkildə pozulması barədə təhqiqat aparmalıdır.
Fələstinli Əsirlər və Azadələrin Məsələləri Komitəsinin məlumatına görə, hazırda sionist rejim məhbəslərində yeddi mindən çox fələstinli həbsdədir ki, əsrilərin 430 nəfəri yeniyetmə, qırx nəfəri isə qadındır.

Teqlər

Şərhlər