Jan 05, 2016 10:30 Asia/Baku
  • Bəhreyn polisi Ayətullah Nimrin edamına etiraz edənlərə hücum edib
    Bəhreyn polisi Ayətullah Nimrin edamına etiraz edənlərə hücum edib

Ali-Xəlifə rejiminin polis və təhlükəsizlik məmurları bazar ertəsi günü Ərəbistanın nüfuzlu ruhanisi Ayətullah Nimr Baqir əl-Nimrin edam edilməsinə etiraz edən qəzəbli etirazçılara hücum edib.

Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Ali-Xəlifə polisi və təhlükəsizlik məmurları aksiyanı dağıtmaq üçün etirazçılara doğru gözyaşardıcı qaz və saçma güllələrdən istifadə edib.

Şahidlərin bildirdiyinə görə, Ərəbistan Daxili İşlər Nazirliyinin Ayətullah Nimrin edam edilməsi xəbərini elan etdikdən sonra Manamanın müxtəlif bölgələri ictimai etirazların şahididir və bu aksiyalarda etirazçılarla təhlükəsizlik məmurları arasında hər gün insident baş verir.

Teqlər

Şərhlər