Jan 09, 2016 10:04 Asia/Baku
  • Bəhreynlilərin Şeyx Nimirin edamına qarşı aksiyası yatırılıb
    Bəhreynlilərin Şeyx Nimirin edamına qarşı aksiyası yatırılıb

Bəhreynin polis qüvvələri bu ölkə xalqının mübariz ərəbisanlı ruhaninin edamına qarşı aksiyasını yatırıblar.

Röyters-in məlumatına görə, bəhreynli aksiyaçılar cümə günü Manamanın cənubundakı Sitrə məntəqəsinə toplaşaraq, Ali-Səud rejiminə qarşı şüarlar veriblər ki, bu aksiya təhlükəsizlik qüvvələrilə etirazçılar arasında toqquşma ilə nəticələnib.

Bu məlumata görə, Bəhreynin dövlət qüvvələri etirazçıları yatırmaq üçün gözyaşardıcı qaz işlədiblər, aksiyaçılar da onları daşa basıblar.

Bu məlumata görə, aksiyaçılar ərəbistanlı ruhani Şeyx Nimir Baqir Əl-Nimirin səudiyyəlilər tərəfindən şəhid edilməsinə etiraz olaraq, "Ali-Səuda ölüm!" və "Ali-Xəlifəyə ölüm!" şüarları veriblər.

Bəhreynin şərq məntəqələrinin sakinləri də Şeyx Nimirin edamına etiraz olaraq aksiya keçiriblər.

Şeyx Nimir Baqir Əl-Nimirin səudiyyəlilər tərəfindən şəhid edildiyi 2016-cı il yanvarın ikisindən bəri Ərəbistanın şərqindəki şiə sakinli məntəqələr və Bəhreyn şəhərləri Ali-Səud rejiminin cinayətlərinə qarşı aksiyalar səhnəsidir.

Teqlər

Şərhlər