Jan 09, 2016 11:46 Asia/Baku
  • Livanlılar Ali-Səud rejiminin cinayətlərinə etiraz ediblər
    Livanlılar Ali-Səud rejiminin cinayətlərinə etiraz ediblər

Livanlılar etiraz aksiyası keçirərək, Ali-Səud rejiminin tanınmış ərəbistanlı şiə ruhani Şeyx Nimir Baqir Əl-Nimiri edam etmək üzrə cinayətlərini pisləyiblər.

Əlaləm telekanalının məlumatına görə, Livvan xalqından minlərlə nəfər cümə günü Livanın cənubundakı Sur şəhərində aksiya keçirərək, Şeyx Nimir Baqir Əl-Nimirin Ali-Səud rejimi tərəfindən edam olunmasını bəşəriyyətə qarşı cinayət adlandırıb.

Belə bir halda, Livanın Əlminar telekanalı cümə günü Livanın şimal-şərqindəki Hərməl məntəqəsində Şeyx Nimir Baqir Əl-Nimirin Ali-Səud rejimi tərəfindən edam olunmasına qarşı mərasimin keçirilməsindən xəbər verib.

Mərasim iştirakçıları Şeyx Nimirə qarşı edam hökmünü Ali-Səud rejimi tərəfindən siyasi hökm adlandırıblar.

Teqlər

Şərhlər