Jan 09, 2016 13:06 Asia/Baku
  • Sionist rejim fələstinli balıqçılara hücum edib
    Sionist rejim fələstinli balıqçılara hücum edib

Sionist rejim ordusu bir daha atəşkəsi pozaraq, Qəzzə zolağı sahillərində fələstinli balıqçılara atəş açıb.

Fələstin informasiya mərkəzinin məlumatına görə, sionist rejim ordusunun dəniz qüvvələri şənbə günü səhər bir neçə fələstinli motorlu qayığı hədəfə alıblar.

Sionist rejim hərbçiləri 2015-ci ildə 1772 dəfə Qəzzə zolağı sahillərində fələstinli balıqçılara hücum ediblər.

Bu hücumlar nəticəsində indiyədək on yeddidən çox qayıq müsadirə və yetmiş balıqçı həbs olunub, bir balıqçı da şəhid edilibdir.

Sionist rejim 2014-cü ildə 2300 fələstinlinin şəhid olması ilə nəticələnmiş Qəzzə zolağına qarşı əlli günlük hücumdan sonra bu məntəqədəki fələstinli müqavimət qrupları ilə atəşkəs razılaşması imzalayıbdır.

Teqlər

Şərhlər