Jan 19, 2016 11:23 Asia/Baku
  • Şəhid Şeyx Nimrin oğlu danışdı
    Şəhid Şeyx Nimrin oğlu danışdı

Ayətullah Şeyx Nimr Baqir əl-Nimrin oğlu atasının Ali-Səud rejimindən bütün siyasi məhbusları azad etmələrini istəyirdi və gec-tez özünün də şəhid ediləcəyini də bilirdi.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Məhəmməd Nimr atasının həbs edilməsi barədə deyib: Ərəbistan polisi öz avtomobili ilə arxadan atamın avtomobilini vurduqdan sonra, polislər Şeyx Nimri avtomobilindən çıxardır, ona atəş açırlar. Bu hadisədə Şeyx Nimr ayağından 4 güllə yarası alır.

Rusiya əl-Yəum Məhəmməd Nimrə istinadla yazır: Atama xəstəxanada lazımi tibbi yardımlar göstərilmirdi və O, aldığı yaralardan çox əziyyət çəkirdi. Şeyx Nimr aldığı yaralar üzündən hətta yeriyə də bilmirdi.

Məhəmməd Nimr Ərəbistan rəsmilərinin müstəqil mövqeyə malik olanları xoşlamadığını deyərək, əlavə edib: Atam Ali-Səuddan bütün siyasi məhbusları azad etməsini istəyirdi və bu məsələdə heç vaxt şiə və sünni məsələsini ortaya atmazdı. Əksinə, bütün məzlumları müdafiə edərdi.

Ərəbistanın Daxili İşlər Nazirliyi 2 yanvar 2016-cı il tarixində Şeyx Nimir Baqir əl-Nimr barəsində çıxarılan edam hökmünün icra edildiyini bildirdi.

Teqlər

Şərhlər