Dec 11, 2016 11:38 Asia/Baku
  • Yəmənin cənubunda partlayış
    Yəmənin cənubunda partlayış

Yəmənin cənubunda bir hərbi bazada baş vermiş partlayışda onlarla nəfərin öldüyü bildirilir.

Röytersin şənbə gününə olan məlumatına görə, bir kamikadze şənbə günü axşam saatlarında Ədən şəhərinin Səvləban hərbi bazasına daxil olaraq, üzərindəki partlayıcı qurğunu işə salıb. Nəticədə 50-yə yaxın adam həlak olub. Partlayışda həyatını itirənlər istefada olan prezident Əbdürrəbbə Mənsur Hadiyə sadiq qüvvələr olub. 

İŞİD terror qruplaşmasının məsuliyyətini üzərinə götürdüyü bu partlayışda 70 nəfərin də yaralandığı bildirilir.

Bu məlumata görə, əmək haqlarını almaq üçün sıraya düzülmüş hərbçilər terrorçu kamikadzenin hədəfinə çevriliblər. 

Teqlər

Şərhlər