Feb 03, 2017 19:35 Asia/Baku
  • 14 fevral inqilabının ildönümü ərəfəsində Bəhreyn xalqı etiraz aksiyaları keçirib
    14 fevral inqilabının ildönümü ərəfəsində Bəhreyn xalqı etiraz aksiyaları keçirib

14 fevral inqilabının ildönümü yaxınlaşarkən Bəhreyn xalqı Ali-Xəlifə rejiminə qarşı etiraz aksiyaları keçirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreynin müxtəlif bölgələri o sıradan da Ənnəim, Əl-Məamir və Stre adasında inqilabçı gənclər şuarlar səsləndirərək Bəhreynin məşhur ruhanisi şeyx İsa Qasim və son vaxtlar Ali-Xəlifə rejiminin qüvvələrinin hücumunda yaralanmış bəhreynli gənc Müstafa Həmdan ilə həmrəyliklərini nümayiş etdiriblər. 

Aksiya iştirakçıları Ali-Xəlifə rejimi tərəfindən öldürülən bəhreynlilərin qanına sadiq qalacaqlarını vurğulayaraq, inqilabçı amalların reallaşmasınadək etiraz aksiyalarının davam etdiriləcəyini bildiriblər. 

Ali-Xəlifə rejimi keçmişdə olduğu kimi nümayişçilərlə toqquşub və onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. 

Teqlər

Şərhlər