• Knessetin yeni qanunu fələstinlilərin ərazilərini qəsb etməkdir
    Knessetin yeni qanunu fələstinlilərin ərazilərini qəsb etməkdir

İsveçin BMT-dəki nümayəndəsi bildirib: Sionist rejim Knessetinin yeni qanunu fələstinlilərin ərazilərini qəsb etməkdir.

Əl-Məyadin televiziyasının məlumatına görə, Olof Skoq deyib: Knesstin yeni qanunu fələstinli və israilli tərəfləri iki ölkənin təşkili üzrə həll yolundan uzaqlaşdırır və fələstinlilərin ərazilərinin müsadirə edilməsinə səbəb olur. 

Skoq deyib: Amerika Təhlükəsizlik Şurasının mövqeyində əngəl yaradır və İsrailin ədliyyə aparatının bu haqda yekun qərarını gözləyir. 

O xatırladıb: Dövlətimin pislədiyi İsrail Knessetinin qərarı qeyri-qanunidir. Bu qərar həmçinin beynəlxalq qanunlara ziddir və ümidvaram İsrailin Ali Məhkəmələri ona yenidən baxacaqlar. Ümid edirdim ki, Təhlükəsizlik Şurası bu haqda mövqe bildirəcək. Lakin Amerika heyəti İsrailin ədliyyə qurumunun qərar verməsini gözləməyi istəyir. Bilmirəm ki, bu qərar hansı həddə qanunun icrasına mane ola bilər. 

Feb 08, 2017 13:05 Asia/Baku
Şərhlər