Mar 09, 2017 18:07 Asia/Baku
  • UNICEF: Yəmənli uşaqlar aclıqdan əziyyət çəkirlər
    UNICEF: Yəmənli uşaqlar aclıqdan əziyyət çəkirlər

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu UNICEF-in Yəməndəki nümayəndəsi yəmənli uşaqların aclıq təhlükəsi barədə xəbərdarlıq edib.

Səba Net portalı UNICEF nümayəndəsi Meritxell Relanoya istinadla bildirib ki, Yəmən uşaqlarının çoxu qida çatışmazlığı üzündən aclıq təhlükəsi ilə üz-üzədirlər. Relano Yəmən paytaxtı Sənada keçirilən mətbuat konfransında etdiyi çıxışında deyib: Qida çatışmazlığı yəmənli uşaqların müxtəlif xəstəliklərə yoluxmalarına lazımı zəmin yaradıb və bu elə bir şəraitdədir ki, Yəməndə müalicə mərkəzlərinin yarısından çoxunun fəaliyyəti dayandırılıb. 

Dr Relano deyib: Yəməndə qida çatışmazlığı üzündən həlak olan uşaqların sayı silahlı toqquşmalarda ölən uşaqların sayından daha çoxdur. 

UNICEF nümayəndəsi deyib ki, təmsil etdiyi təşkilat mövcud çətinliklərə baxmayaraq Əlməxa şəhərində uşaqlara yardım göstərməyə çalışır, bu şəhərin 48 min əhalisi öz evlərini tərk etmək məcburiyyətində qalıb və oradakı 50 məktəbdən 38-nin fəaliyyəti dayandırılıb, bu isə 13 min uşaqın təhsildən məhrum olması deməkdir. 

Teqlər

Şərhlər