• Sionist rejim İranın qüdrətini etiraf edib
    Sionist rejim İranın qüdrətini etiraf edib

Sionist rejimin energetika naziri etiraf edib ki, Təl-Əviv Suriyanın regionda qüdrətli İrana çevrilməsindən nigarandır.

IRIB-nin məlumatına görə, sionist rejimin baş naziri Benyamin Netanyahuya yaxın olan bu rejimin energetika naziri Yuval Ştaynits regionda bir qüdrət kimi İran İslam Respublikasının qüdrətini etiraf edərək, Suriyanın Tehranın dəstəyilə öz ərazisini müdafiə üçün bir qüdrətə çevrilməsi barədə nigarançılıq edib.

Bundan öncə də sionist rejimin keçmiş baş naziri İhud Barak bu rejimin süquta yuvarlandığını etiraf edərək, belə demişdi: Netanyahunun təhlükəsizlik kabinetinin militarist siyasətlərinin davamında onun kabinetindəki ifratçı sağçı amillər sionist rejimi beynəlxalq təşkilatlarda təcrid ediblər.

Mar 14, 2017 11:00 Asia/Baku
Şərhlər