• S.H.Nəsrullah: BMT Amerikanın qarşısında aciz və zəlildir

Livan Hizbullahının baş katibi Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mövludunun ildönümü günü münasibətilə etdiyi çıxışında deyib: Amerika BMT-nin maliyyə təminini kəsməklə hədələməklə bu təşkilatı özünə təslim edibdir.

Əlminar telekanalının məlumatına görə, Livan Hizbullahının baş katibi deyib: SKOVA təşkilatı bir neçə gün bundan öncə bir hesabat yaydı ki, onda sionist rejimin Fələstinə qarşı cinayətləri şərh olunmuşdu, lakin Amerika BMT-ni təzyiq altında qoydu ki, SKOVA-nın bu barədəki hesabatını geri götürsün və BMT bu hərəkətlə sübut etdi ki, aciz və zəlildir.

Seyid Həsən Nəsrullah həmçinin BMT baş katibinin Ərəbistanın Yəməndəki cinayətləri barədə geri çəkilməsinə toxunaraq, deyib ki, bu təşkilat Amerikanın qarşısında zəlildir və həqiqəti müdafiə edə bilmək üçün çox zəifdir. O, Ərəb Liqasından və islami təşkilatlardan istəyibdir ki, bu hesabatı BMT-də qeydə alınmaq üçün izləsinlər.

Nəsrullah çıxışının digər bir hissəsində deyib: Suriyada savaşın maliyyə təmini üçün xərclənən bütün pullar ərəb puludur. Bu pul Qüds əhalisinin müqavimətinə və Qəzzənin bərpasına kömək edə bilərdi.

O, əlavə edib: Suriyaya qarşı fitnəkarlıq etmiş bütün beynəlxalq və regional qüdrətlər öz hədəflərinin reallaşmasında nakam qalıblar. Müqavimət mehvərinə və Suriyaya qarşı milyardlarla dollar pul xərclənib və Suriyaya yiyələnəcəklərinə ümidvar olanlar uğursuz qaldılar. O, sonra belə qeyd edib: Təkfirçi qüdrətlər Suriyada hər cür siyasi həll yolunu rədd və bu ölkədə savaş və qan axıdılmasına israr edirlər. Amerika və onun müttəfiqləri terrorçuları Suriyaya gətiriblər ki, müqavimət mehvərilə döyüşsünlər, lakin İŞİD, Cibhətunnusrə və digər terror qrupları məhv olmağa doğru gedirlər.

Mar 19, 2017 09:24 Asia/Baku
Şərhlər