• 400 silahlı şəxs ailəsi ilə birlikdə Homsdan çıxıb

Suriyada barışıq layihəsinin icrası çərçivəsində, ötən gün yüzlərlə silahlı qrupların ünsürləri ailələri ilə birlikdə 35 avtobusla Homsun əl-Vəər bölgəsindən çıxıb.

Əl-Aləm televiziyasının məlumatına görə, barışıq layihəsinin icrası çərçivəsində əldə olunan razılaşmaya əsasən bu avtobuslar əl-Vəər bölgəsində sərnişinləri Hələbin şimalında Carablosa nəql edəcək. 

Hosm valisi bildirib: Əl-Vəərdə yerli barışıq layihəsinin icrasının ilk etapında min beş yüz silahlı ailəsi ilə birlikdə bu bölgədən çıxıb. 

Homs polis rəisi Xalid Hilal da bildirib: Əl-Vəər bölgəsində milli barışıq layihəsinin icrasının sona çatması ilə Homs şəhəri tamamilə təhlükəsiz olacaqdır. 

Mar 19, 2017 11:39 Asia/Baku
Şərhlər