• Yəmənin Səmud raketi Ərəbistanın hərbi mövqelərini hədəfə aldı
    Yəmənin Səmud raketi Ərəbistanın hərbi mövqelərini hədəfə aldı

Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi Səudiyyə Ərəbistanının hərbi mövqeləri və muzdluların əl-Məxadakı istehkamlarına doğru bir Səmud raketini atıb.

Əl-Məsirə televiziyasının məlumatına görə, Yəmən qüvvələri Ərəbistanın təcavüzkar hücumlarına reaksiyada şənbə günü bu raketlə Təiz vilayətinin əl-Məxa bölgəsində hava bazasını hədəfə alıb. Nəticədə bir qrup səudiyyəli muzdlu ölüb və yaralanıb. 

Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi bir neçə gün öncə də əl-Məxada muzdluların toplaşdığı məkanı hədəfə almış və onlara ağır zərbə endirmişdi. 

Başqa bir məlumata görə, Yəmən ordusu və xalq qüvvələrinin ağır artilleriyası əl-Ruənin şərqində Ərəbistan hərbçilərinin toplaşdığı məkanı atəşə tutub. 

Səudiyyə Ərəbistanı ABŞ və İngiltərənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmən vətəndaşlarına qarşı hücumlara başlayıb. Ali-Səud rejiminin hücumlarında 38 min nəfər həlak olub və yaralanıb, infrastrukturlar dağılıb və milyonlarla sivil, xüsusilə də uşaq və qadınlar didərgin düşüb. 

Mar 19, 2017 13:09 Asia/Baku
Şərhlər