• Beyrutda aksiya insidentlə nəticələnib

Yüzlərlə Livan vətəndaşı Parlamentdə yeni vergilərin təsdiqlənməsinə etiraz əlaməti olaraq bu gün aksiya keçirib.

Yüzlərlə Livan vətəndaşı bazar günü əl-Həmra prospektində Mərkəzi Bankın binası qarşısına toplaşıb və əllərində plakatlar tutaraq Paralmentdə vergilər siyasətləri, xüsusilə də yeni qərarı pisləyiblər.

Bu aksiyada bir neçə partiyanın üzvü iştirak edib və orta kütlə və yoxsullara qarşı ədalətsiz adlandırdıqları vergiləri pisləyib.

Livanın xəbər dairələri həmçinin Beyrutda aksiyaçılarla təhlükəsizlik qüvvələri arasında insidentin baş verdiyini bildiriblər.

Məlumata görə, Livan baş naziri Səəd əl-Həriri də Beyrutun Riyaz əl-Sülh meydanında aksiyaçılar qarşısında çıxış edib və hökumətin onların yanında durduğunu və korrupsiya hallarını araşdıracağını vəd edib.

Bəzi xəbər dairələri də bildiriblər ki, Riyaz əl-Sülh meydanında aksiyaçılar korrupsiya halları və vergilərə etirazlarını bildirib və Səəd əl-Həririyə doğru su butılkaları atıblar.

Mar 19, 2017 19:55 Asia/Baku
Şərhlər