• Sionist rejimin Suriyaya yeni təcavüzü
    Sionist rejimin Suriyaya yeni təcavüzü

Təsdiq olunmamış məlumatlar göstərir ki, sionist rejim qırıcıları bir hava hücumunda Suriyanın silah karvanını hədəfə alıblar.

Bu hava hücumu sionist rejimin pilotsuz təyyarələrinin Suriyanın Cövlan yüksəkliklərində həyata keçirdikləri hücuma cavab olaraq, Suriya tərəfindən raket atılmasının ardınca həyata keçirilir.

İsrail rejimi bildirib ki, bazar günü gecə və bazar ertəsi gününün ilk saatlarında ötən sutka ərzində ikinci, keçən üç gün ərzində isə üçüncü dəfə olaraq Suriya ərazisində hava hücumu həyata keçirib.

Suriyalı medialar da bildiriblər ki, bazar ertəsi gününün ilk saatlarında sionist qırıcılar Livan-Suriya sərhədi yaxınlığında müəyyən obyektləri, o sıradan Suriyanın bir silah karvanı və hərbi saytlarını hədəfə alıblar.

Mar 20, 2017 10:15 Asia/Baku
Şərhlər