• Bəşşar Əlcəfərinin sionist rejimin hücumuna reaksiyası
    Bəşşar Əlcəfərinin sionist rejimin hücumuna reaksiyası

Suriyanın BMT-dəki daimi nümayəndəsi vurğulayıb ki, Suriyanın sionist rejimin təcavüzünə cavabı parametrləri Dəməşqin xeyrinə dəyişibdir.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşşar Əlcəfəri Suriya televiziyası ilə müsahibədə sionist rejim qırıcılarının Suriyanın Tədmur şəhərinə qarşı son hücumları haqda belə deyib: Sionist rejim Suriya ordusunun İŞİD terrorçuları qarşısında Hələb və Tədmur şəhərlərindəki ardıcıl qələbələrinə reaksiyada bu dəfə özü meydana giribdir.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Moskvanın sionist rejimin Tədmura hücumunu tənqid etməsinə toxunaraq, əlavə edib: Bu rejimin Suriyaya qarşı hücumlarının təkrar ediləcəyi halda, Moskva ilə Təl-Əviv arasında qarşıdurmanın baş verməsi mümkündür.

Sionist rejim ordusu fevralın 22-də Suriyanın paytaxtı Dəməşqin yaxınlığında Suriya ordusunun hərbi qərargahlarını havadan hədəfə aldı.

Suriya prezidenti Bəşşar Əsədin dediyinə görə, sionist rejim ordusu, xüsusən bu rejimin hava qüvvələri terrorçuların hava qüvvələri rolunu oynayır.

Suriya böhranı 2011-ci ildən Ərəbistan, ABŞ və onların müttəfiqlərinin dəstəklədikləri terror qruplarının geniş hücumları və Suriya prezidenti Bəşşar Əsədin qanuni dövlətini devirmək məqsədi ilə başlanıb.

Mar 20, 2017 11:06 Asia/Baku
Şərhlər