• Yəmənli qüvvələr Ərriyadda yerləşən Kral Salman hava bazasına raket atıblar

Yəmənin ordusu və xalq komitələri qüvvələri Ərəbistanın paytaxtı Ərriyadda yerləşən Kral Salman hava bazasına Bərkan-2 tipli ballistik raket atıblar.

Əlaləm telekanalının məlumatına görə, müştərək Yəmən qüvvələri Ərəbistanın paytaxtı Ərriyadda yerləşən Kral Salman hava bazasına bir ədəd Bərkan-2 tipli ballistik raket atıblar ki, düz hədəfə dəyibdir. Belə bir halda, Ərəbistan başçıları bu haqda susaraq, müdafiəsiz Yəmən xalqına qarşı təcavüzlərini bərpa edib və çoxlu sayda yəmənli mülkini şəhid edib və ya yaralayıblar.

Yəmənli qüvvələr həmçinin səud təcavüzkarlarının Təiz, Əlcuf, Əlmarəb, Nəcran və Cizandakı mövqelərini hədəfə alıblar. 

Bu hücumlar səud təcavüzkarlarının Yəmənin müxtəlif vilayətlərində, o sıradan Əlhədidə vilayətində müdafiəsiz yəmənli mülkiləri şəhid edib, yaralamaları, eləcə də onların mənzil və əmlaklarını hədəfə almalarına cavab olaraq həyata keçirilib.

Mar 20, 2017 12:18 Asia/Baku
Şərhlər