Apr 01, 2017 10:46 Asia/Baku
  • Ərəbistanda şiələrə divan tutulur

Ərəbistanın təhlükəsizlik qüvvələri şiə sakinli Ələvamiyə məntəqəsinə basqın edərək, 2 gənci şəhid edib, 4 nəfəri isə yaralayıblar.

Livanın Ələhd informasiya portalının verdiyi məlumata görə, Ərəbistanın Daxili İşlər Nazirliyi bir bəyanat yayaraq, Ərəbistanın şərqində  yerləşən Qətif vilayətində həyata keçirilən əməliyyatın sabitlik və təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini bildirib. 

Ərəbistanın Daxili İşlər Nazirliyi həmçinin, Ələvamiyə gənclərini Ali-Səuda qarşı təxribatçılığa səy göstərməkdə ittiham edib. 

Həlak olan gənclərdən biri tanınmış şiə ruhani Şeyx Nəmər Baqir Əlnəmər ailəsinə aid olub. Şeyx Nəmər 2016-cı ildə edam edilib. 

Ali-Səudun Şeyx Nəməri edam etməsinin ardınca Ərəbistanda xüsusi ilə də Qətif vilayətində habelə, qonşu ölkələrdə etirazlar pik həddə çatmışdı. 

Ərəbistanın şərqində yerləşən Qətif şəhəri sakinlərinin şiə olmasına görə daim zülmə məruz qalır. 

Teqlər

Şərhlər