• Suriyada kimyəvi hücumların əsas amili terrorçulardır

Kreml sözçüsü, Suriyada kimyəvi hücumun əsas amilinin terrorçular olduğunu bildirib.

Röytersin verdiyi məlumata görə, Kreml sözçüsü Dmitri Peskov bu gün deyib: Rusiya BMT-də bildirəcək ki, onlarla adamın ölümü ilə nəticələnən Suriyanın şimal qərbində İdlib şəhərində baş verən kimyəvi hücumu bu şəhəri işğal edən terrorçu qruplar tərəfindən törədilib. 

Kreml sözçüsü deyib: Rusiya ordusu terrorçu qruplara qarşı Suriya ordusunun mübarizəsinə verdiyi dəstəyi davam etdirəcək. 

Rusiyanın Müdafiə Nazirliyi öncə bir bəyanat yayaraq bildirmişdi ki, terrorçular İdlibə qarşı kimyəvi hücumun əsas amilidirlər. 

Amerika, Fransa və Britaniya BMT-nin Təhlükəsizlik Şurası üçün bir bəyanatın ilkin mətnini hazırlayıblar, bu bəyanatda kimyəvi hücum pislənilir və bu barədə araşdırmaların aparılması istənilir. 

dünən terrorçuların İdlib şəhərinin Xan Şeyxun bölgəsinə qarşı kimyəvi hücumunda yüzdən çox adam ölüb 400 nəfər xəsarət alıb. 

İdlib şəhəri qərb və Türkiyənin dəstəklədiyi terrorçuların nəzarətindədir, onlar Hələbdə məğlub olduqdan sonra bu şəhərə toplaşıblar. 

Apr 05, 2017 18:13 Asia/Baku
Şərhlər