• Rəsmi Dəməşq: Suriya heç vaxt kimyəvi silahdan istifadə etməyib

Suriyanın BMT-dəki daimi nümayəndəsinin müavini deyib: Suriyanın heç bir kimyəvi silahı olmayıb və bu kimi silahdan hçevsaqt ustifadə etməyib və etməyəcək də.

İRİB-in verdiyi məlumata görə, Mənzər Mənzər dünən gecə BMT-nin Təhlükəsizlik Şurasının Suriyanın Xan Şeyxun bölgəsinə kimyəvi hücumun araşdırılması üçün keçirilən xüsusi iclasında etdiyi çıxışında deyib: TŞ-də bəzi ölkələrin nümayəndələrinin bəyanatları göstərir ki, Suriya iki hücumla qarşı-qarşıyadır. Biri terrorizmi himayə edən ölkələrin nümayəndələri tərəfindən, digəri isə həmin ölkələri təmsil edən terrorçu qruplar tərəfindən. 

Mənzər Mənzər Suriya dölvətinin BMT-yə 90-dan çox məktub göndərdiyi və həmin məktubda terrorçuların məzlum Suriya xalqına qarşı kimyəvi silahlardan istifadə etməsi barədə faktlar təqdim etdiyini xatırladaraq deyib: Bu maddələr terrorçular üçün Türkiyədən göndərilib. Suriyanın BMT-dəki nümayəndəsinin müavini deyib: Son 6 ildə öz müttəfiqləri olan terrorçuları xilas etmək üçün Suriya dövlətinə təzyiq göstərən ölkələr terrorçuların çərşənbə axşamı Xan Şeyxun bölgəsinə kimyəvi hücumundan öz mənafeləri üçün və Suriya dövlətinə qarşı faydalanmağa çalışırlar. 

BMT-nin Təhlükəsizlik Şurasının iclası dünən Suriyada terrorçuların əsas himayədarları olan Britaniya, Fransa və Amerikanın cəhdləri nəticəsində və Xan Şeyxuna kimyəvi hücumun araşdırılması üçün keçirilib . 

Suriyanın İdlib şəhərinin cənubunda Xan Şeyxun bölgəsinə edilən kimyəvi hücumda 100-dən çox adam ölüb və 400 nəfər yaralanıb. 

İdlib qərb və Türkiyənin himayə etdiyi terrorçu qruplar tərəfindən işğal edilib, onlar Hələbdə məğlub olduqdan sonra İdlibə toplaşıblar.

İraq və Suriyada terrorçu qruplar dəfələrlə qadağan edilmiş silahlar o cümlədən kimyəvi silahdan istifadə ediblər. 

Apr 06, 2017 11:40 Asia/Baku
Şərhlər