Apr 14, 2017 13:20 Asia/Baku
  • 400 İŞİD terrorçusu Suriyadan Yəmənin cənubuna daxil olub
    400 İŞİD terrorçusu Suriyadan Yəmənin cənubuna daxil olub

Yəmənli mənbə bildirib: Suriyadan Terrorçu İŞİD qrupuna aid olan 400 silahlı, Yəmənin cənubunda Ədən limanına daxil olub.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, yəmənli bir mənbə dünən bildirib ki, sərnişinləri terrorçu İŞİD qrupuna aid olan 3 ədəd kiçik gəmi Yəmənin Ədən limanında lövbər salıb. 

Bu yəmənli mənbə bildirib: Bu gəmilərin sərnişinləri şüşələri pərdələrlə örtülmüş avtobuslar vasitəsi ilə Ədən şəhərinə daxil olublar. 

Yəmənli mənbə Ədənə daxil olan İŞİD ünsürlərinin müxtəlif ölkələrin vətəndaşları olduqlarını bildirərək deyib: Bu şəxslərin Yəmənin qərb sahilindəki cəbhələrə cəlb olunacağı ehtimal edilir. 

Öncə yəmənli qaynaqlar bildirmişdilər ki, Amerikanın  4 ədəd hərbi yük daşıyan təyyarəsi Yəmənin beynəlxalq hava limanına daxil olub, bu təyyarələr çoxlu miqdarda silah-sursat yükü gətirib. 

Amerika səudiyyə muzdluları və təcavüzkarları vasitəsi ilə Yəmənin cənubunda Əl-Qaidə və İŞİD kimi terrorçu qrupları silahlandırmaqda davam edir.

Ədən liman şəhəri 2015-ci ildən Yəmənin istefa vermiş prezidenti Əbd Rəbə Mənsur Hadinin tabeliyində olan yaraqlılar və Səudiyyə Ərəbistanı muzdlularının nəzarətindədir.  

Teqlər

Şərhlər