• Kimyəvi silahları qadağan edən təşkilat: Xan Şeyxun hücumunda Sarin qazından istifadə edilib

Kimyəvi silahları qadağan edən təşkilat dünən axşam bildirib ki, Suriyanın İdlib vilayətinin Xan Şeyxun bölgəsinə edilən hücumun qurbanlarının cəsədləri üzərində aparılan araşdırmaların nəticələri göstərir ki, bu hücumda sarin qazından istifadə edilib.

SkyNews telekanalının verdiyi məlumata görə, BMT-nin kimyəvi silahları qadağan edən təşkilatı dünən axşam bir bəyanat yayaraq bildirib: Analizlərin nəticələri göstərir ki, Xan Şeyxuna edilən hücum sarin qazı ya da ona bənzər bir maddə ilə edilib. 

Bu bəyanata görə, hücum qurbanlarından ibarət 10 cəsədin üzərində aparılmış analizlər kimyəvi hücumun baş verdiyini təsdiqləyir. 

Kimyəvi silahları qadağan edən təşkilat öncə də bu təşkilatın mütəxəssislərindən ibarət bir qrupun Xan Şeyxun partlayışının araşdırılması məqsədi ilə Suriyaya səfərindən xəbər vermişdi. 

Terrorçular və Suriya müxaliflərinin xəbər mənbələri iki həftə öncə iddia etdilər ki, naməlum təyyarələr İdlibdə xan şeyxun bölgəsini kimyəvi qaz tərkibli raketlərlə hücuma məruz qoyublar, bu iddia Suriya dövləti tərəfindən rədd edildi. 

Suriya dövlətinin 2014-cü ildə özünün kimyəvi silah anbarını BMT-nin və kimyəvi silahları qadağan edən təşkilatın nümayəndələrinə təhvil verməsinə baxmayaraq Vaşinqton ötən cümə axşamı günü Suriya dövlətinin Xan Şeyxuna kimyəvi hücumda rola malik olduğunu iddia edərək Suriyaya onlarla raket atdı. 

Bu hücum ABŞ-ın hərbi güc tətbiq etməklə Suriya hökumətini dəyişmək cəhdləri barədə fikirlərin formalaşmasına səbəb oldu. 

Apr 20, 2017 08:26 Asia/Baku
Şərhlər