• Pakistan Ali Məhkəməsi baş nazirə qarşı irəli sürülən korrupsiya ittihamı ilə bağlı iclas təşkil edib
    Pakistan Ali Məhkəməsi baş nazirə qarşı irəli sürülən korrupsiya ittihamı ilə bağlı iclas təşkil edib

Pakistanın Ali Məhkəməsi korrupsiyada ittiham edilən baş nazir Məhəmməd Nəvaz Şərifə qarşı irəli sürülən faktların, onun tutduğu vəzifədən kənarlaşdırılması üçün yetərsiz olduğunu açıqlayıb.

İRİB-nin verdiyi məlumata görə, Pakistanın Ali Məhkəməsi bu günkü iclasının sonunda bir qərar çıxardaraq, bildirib ki, bu məhkəmə qarşıdan gələn 7 gün ərzində baş nazir Məhəmməd Nəvaz Şərif və övladlarına qarşı irəli sürülən korrupsiya ittihamı ilə bağlı araşdırmaların aparılması üçün xüsusi komitə yaradacaq.

Bu komitə 60 gün ərzində araşdırmalarını təkmilləşdirib, Ali Məhkəməyə təqdim etməlidir.

Apr 20, 2017 20:55 Asia/Baku
Şərhlər