• Fələstində başqa bir intifazə ehtimal olunur

Fələstinli Əsirlər və Azadələrin Məsələləri üzrə Təşkilatın sədri deyib: İsrail rejimi həbsxanalarında aclıq aksiyası keçirən fələstinli əsirlərdən hər birinin ölümü Fələstində İsrail əleyhinə yeni bir intifazənin baş verməsi ilə nəticələnə bilər.

Press TV-nin məlumatına görə, Fələstinli Əsirlər və Azadələrin Məsələləri üzrə Təşkilatın sədri İsa Qəraqi sionist rejimin aclıq aksiyası keçirən fələstinli əsirlərlə müzakirədən çəkinməsinə reaksiya verib: Fələstinli əsirlərin tələbləri reallaşmazsa, daha çox əsir aclıq aksiyasına qoşulacaq. 

İsa Qəraqi dünya ictimaiyyətindən İsrail rejiminin həbsxanalarında olan fələstinli əsirlərin aclıq aksiyasına müdaxilə etməsini və onların vəziyyətini araşdırmasını istəyib.

1500-dən çox fələstinli əsir 17 aprel Fələstinli Əsirlər Günündən sionist rejimin fələstinli əsirlər əleyhinə vəhşicəsinə davranışlarına etiraz əlaməti olaraq "Azadlıq və Kəramət" şüarı ilə aclıq aksiyasına başlayıb. 

Bu arada sionist rejimin ictimai təhlükəsizlik naziri Gilad Erdan deyib: Fələstinli əsirlərin aclıq aksiyasının siyasi motivi vardır. Onun fikrincə fələstinli məhbuslarla müzakirəyə heç bir ehtiyac yoxdur. 

Hal-hazırda sionist rejim həbsxanalarından təxminən 6500 fələstinli əsir vardır. Onların 62 nəfəri qadın, 300 nəfəri isə qanuni yaşdan aşağıdır. Təxminən 500 fələstinli də mühakimə olunmadan və ittihamı bildirilmədən həbsdə saxlanılır. 

Apr 21, 2017 10:35 Asia/Baku
Şərhlər