• Bir qrup yaralı Hələbə aparılıb

Fuə və Kəfəryada terror aktında yaralananlardan bir qrupu Hələbə aparılıb.

ƏlAləm televiziyasının məlumatına görə, bu telekanalın müxbiri Rəbi Kelevəndi Suriyanın şimalında Hələbin Ər-Ramusə keçidindən reportaj hazırlayıb: Ər-Raşidin məhəlləsində terror aktında yaralanan Fuə və Kəfərya sakinlərinin bir qrupu uzun müddət gözlədikdən sonra bu bölgədən çıxıblar. Əksəriyyətini uşaqlar təşkil edən 129 nəfər Suriyanın Qırmızı Aypara Cəmiyyətinin koordinasiyası və üç avtobusla Hələbə aparılıblar. 

Avtobus sərnişinlərinin bəzisinin vəziyyəti ağır olduğuna görə, dərhal təcili yardım maşınları ilə xəstəxanalara köçürülüblər. Terror aktına görə öz ailə üzvləri ilə əlaqələri kəsinlən ailələrin çoxu bu avtobusların çatmasını uzun müddət gözləyib. 

Apr 21, 2017 11:33 Asia/Baku
Şərhlər