• Hizbullah sionist rejimin hərəkətlərini açıqladı

Livan Hizbullahı cənub sərhəd bölgələrində proqram təşkil edərək sionist rejimin Hizbullah döyüşçüləri ilə qarşılaşma təşvişi ilə müdafiə hərəkətlərini açıqlayıb.

Əl-Minar televiziyasının məlumatına görə, Livan Hizbullahının ictimai təbliğat bölməsi çoxlu sayda jurnalistin iştirakı ilə media proqramı təşkil edərək Livan sərhədi yaxınlığında İsrail rejimi tərəfindən quraşdırılan müdafiə sistemlərini əks etdirib. 

Əl-Minar müxbiri deyib: Ötənlərdə həmişə bu bölgələrdə hərbi sursat və avadanlıqlar yerləşdirən İsrail hazırda müdafiə avadanlıqları quraşdırmağa üz tutub. Bu təchizatlar qərbdə Naqurə sahillərindən şərqdə Şəba yüksəkliklərinə qədər quraşdırılıb. 

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bir çıxışında İsrail rejimi tərəfindən istənilən təcavüzün baş verəcəyi halda müqavimət qüvvələrinin əl-Cəlil bölgəsinə daxil olmasını istəyəcəyini demişdi. Sionist rejim bu açıqlamadan təşvişə düşüb. 

Apr 21, 2017 11:48 Asia/Baku
Şərhlər