• Fələstinli əsirlərlə həmrəylik

Minlərlə fələstinli əsirin sionist rejim həbsxanalarında aclıq aksiyasının davam etdiyi halda, Livan paytaxtı Beyrutda fələstinli əsirlərlə həmrəylik istiqamətində bir toplantı keçirilib.

Əl-Aləm televiziyasının məlumatına görə, həmişə Fələstin məsələsini dəstəkləyən Müqavimət mehvərinə dəstək məqsədilə fələstinli əsirlərin aclıq aksiyası davam edir. Livanda da fələstinli əsirlərin bu hərəkəti ilə irimiqyaslı həmrəylik yaranıb. 

Livan Hizbullahının Siyasi Şurasının üzvü Mahmud Qəmati Beyrutda fələstinli əsirlərlə həmrəylik toplantısında deyib: Bu əsirlər ümmətə gələcək amal, həyat və ümidi verənlərdir. Özlərinin əsir olmalarına baxmayaraq, müqavimət göstərirlər.

Fələstinli Əsirlər və Azadələr üzrə livanli-fələstinli koordinasiya heyətinin dəvəti əsasında Beyrutda keçirilən fələstinli əsirlərlə həmrəylik toplantısında bu məsələ vurğulanıb ki, müqavimət heç vax əsirləri buraxmayacaq və onların azadlığı üçün yeganə yol müqavimətdir. 

Livanda Həmas hərəkatının nümayəndəsi Əli Bərkə deyib: Bildiririk ki, müqavimət heç vaxt əsirlərini buraxmayacaq. Müqavimət əsirlərin azad olunması üçün ən yaxşı yoldur. 

Fələstinli Əsirlər və Azadələr üzrə livanli-fələstinli koordinasiya heyətinin üzvü Ənvər Yasin deyib: Gələn günlərdə sizinlə olacağıq. Sizin savaşınızı izləyirik ki, müqavimət və səbrinizin bir hissəsi olaq. 

İşğalçıların həbsxanalarında fələstinli əsirlərin ağır şəraiti, fələstinliləri əsirlərin sağlamlığı və dəyərlərinə zərbə vuran hər bir hərəkətlə əlaqədar Təl-Əvivə xəbərdarlıq etməyə məcbur edib. 

Fələstinin Azadlğı Uğrunda Təşkilatın nümayəndəsi Fəthi Əbu əl-Ərdat bu barədə deyib: Sionist işğalçıların bu mübarizlərin canı və aclıq aksiyasının ehtimal olunan mənfi nəticələri ilə əlaqədar məsuliyyət daşıdığını hesab edirik. 

Apr 21, 2017 13:28 Asia/Baku
Şərhlər