• Fuə və Kəfərya sakinlərinin ikinci qrupu Hələbə daxil olub

Mühasirədə olan Fuə və Kəfərya qəsəbələri sakinlərinin ikinci qrupu bu gün səhər 10 avtobusla Hələbin cənubunda Ər-Ramusə bölgəsinə daxil olub.

İRNA-nın məlumatına görə, Fuə və Kəfəryanın üç min sakininin Hələb şəhərinə girişinə başlanıb. Bu şəxslər min üç yüz əlli terrorçu ilə mübadilə olunur. Bu mübadilədə terrorçular və onların ailələrini daşıyan avtobuslar terror qruplaşmalarının nəzarətində olan İdlibə daxil olublar.

Suriyanın İdlib vilayətində mühasirədə olan Fuə və Kəfərya qəsəbələrinin əhalisindən üç min nəfəri çərşənbə günü Hələbin Ər-Raşidin məhəlləsinə daxil olub. Belə ki, Zəbədani, Sərqaya, Məzaya və Bəludan şəhərlərində yerləşən terror ünsürləri ilə mübadilə olunsular.

Suriyanın şimal-qərbində İdlib şəhərinin təkfirçi terrorçular tərəfindən işğal olunmasından sonra, İdlib şəhərinin on kilometrliyində yerləşən Fuə və Kəfərya qəsəbələri 28 mart 2015-ci ildən terrorçuların tam mühasirəsinə düşüb və həmin zamandan gündəlik terror aktlarının şahididir.

Apr 21, 2017 15:40 Asia/Baku
Şərhlər