• Türkiyə səfiri İraq XİN-ə çağırılıb
    Türkiyə səfiri İraq XİN-ə çağırılıb

İraq Xarici İşlər Nazirliyi Türkiyənin Bağdaddakı səfirliyini çağıraraq bu ölkə prezidentinin İraqın daxili məsələlərindəki təkrar müdaxilələrinə etiraz edib.

İRİB-in məlumatına görə, İraq XİN cümə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Həşdüş-Şəəbi qüvvələri haqda son açıqlamasına reaksiya olaraq Türkiyənin Bağdaddakı səfirini çağırıb və Bağdadın etirazını ona bildirib. 

Rəcəb Tayyib Ərdoğan son vaxtlar Həşdüş-Şəəbi qüvvələrini terror qruplaşması adlandırıb. 

Bundan öncə də İraq baş nazirinin ofisi bir bəyanat verərək Türkiyə prezidentinin İraqın səfərbər qüvvələri əleyhinə əsassız açıqlamasına reaksiya verib və Türkiyənin İraqın daxili məsələlərinə müdaxilə etməməsini istəyib. 

Bu bəyanatda bildirilir: Həşdüş-Şəəbi qüvvələri İraqın digər qüvvələrinin kənarında İraqın müxtəlif bölgələrinin İŞİD terror qruplaşmasının işğalından azad olunmasında iştirak edir və önəmli qələbələri reallaşdırmışdır. 

Bu arada İraq prezidentinin müavini Nuri Maliki də Türkiyə prezidentinin Həşdüş-Şəəbi haqda son açıqlamasını rədd edib və onu İraqın daxili məsələlərinə açıq-aşkar müdaxilə adlandırıb. 

İraqda terrorizmlə mübarizədə Həşdüş-Şəəbi qüvvələrinin rolu terrorçular və onların hamilərinin hesablamalarının məğlubiyyətə uğraması ilə nəticələnib. Bu vəziyyət terrorçuların himayədarlarını çox nigaran edib və onlar bu ictimai qurumdan intiqam almaq niyyətindədirlər. 

Apr 21, 2017 17:02 Asia/Baku
Şərhlər