• Yəməndə aclıq halları müşahidə olunur
    Yəməndə aclıq halları müşahidə olunur

Dünya Ərzaq Proqramının sözçüsü bildirib: Yəməndə ictimai aclığa bənzər vəziyyət müşahidə olunub.

Misirin əl-Youm əl-Sabe xəbər portalının məlumatına görə, Dünya Ərzaq Proqramının sözçüsü Emilya Kasella cümə günü İtaliya paytaxtı Romada bildirib: Təiz, əl-Hədidə, Ləhic, Əbin və Sədə vilayətlərində ictimai aclığa bənzər vəziyyət vardır və bu bölgələrə getmək çətindir. 

Kasella əlavə edib: Təiz, əl-Hədidə, Ləhic, Əbin və Sədə vilayətləri yardım proqramında prioritet təşkil etməlidir. 

Dünya Ərzaq Proqramının sözçüsü bildirib: Yəməndə təxminən 6 milyon 700 min nəfər Beynəlxalq Ərzaq Təhlükəsizliyi reytinqinə əsasən, dördüncü yerdədir və növbəti yer yəni beşinci yer ictimai aclıqdır. 

Kasella əlavə edib: Hamı dərhal işə əl atmalıdır ki, Yəməni aclıqla üzləşməsin. 

BMT gələn çərşənbə axşamı günü Yəmənə büdcə toplamaq məqsədilə Cenevrədə konfrans təşkil edəcək və Yəmən xalqının zəruri ehtiyacları və ərzaq təminatı üçün 2 milyard 100 milyon dollar dəyərində büdcənin təmin olunmasını istəyir. 

BMT-nin miqrantların məsələləri üzrə komissarlığı bu ayda xəbərdarlıq edib ki, Yəmən, Cənubi Sudan, Somali və Nigeriyada aclığın hər gün artması ehtimal olunur və əkin məhsulları məhv olunan bölgələrdə təxminən 20 milyon nəfər ərzaq çatışmazlığı və aclıqla üzləşib. 

Apr 21, 2017 19:22 Asia/Baku
Şərhlər