May 10, 2017 17:32 Asia/Baku
  • Səudiyyə rejimi Şeyx Nimrin doğulduğu kəndi dağıtmaq niyyətindədir
    Səudiyyə rejimi Şeyx Nimrin doğulduğu kəndi dağıtmaq niyyətindədir

Səudiyyə Ərəbistanının təhlükəsizlik məmurları bu gün bu ölkənin şərqində bir kəndə hücum edərək bir neçə mənzili dağıdıb və iki sakini də qətlə yetirib.

Nəbə xəbər portalının məlumatına görə, Səudiyyə Ərəbistanı təhlükəsizlik məmurları şiə sakinli əl-Əvamiyyə şəhərində əl-Məsurə kəndinə binaların yenilənməsi bəhanəsi ilə hücum edib və bir Ərəbistan və bir Hindistan vətəndaşını qətlə yetiriblər. Bu hücumda bir neçə nəfər də yaralanıb.

Səudiyyə qüvvələri eyni zamanda həkimlər və xilasedicilərin əl-Məsurə kəndinə girişinin qarşısını alıblar.

Xəbərlərə görə, səudiyyə qüvvələri medialardan bu kəndə hücumla əlaqədar xəbərləri əsla əks etdirməmələrini istəyiblər.

Əl-Əvamiyyə şəhərində əl-Məsurə kəndi tanınmış şiə ruhanisi Şeyx Nimr Baqir əl-Nimrin doğulduğu kənddir. Bu ərəbistanlı ruhani ölkə əleyhinə addım saxta ittihamı ilə mühakimə olundu və 2016-cı il yanvar ayında edam edildi. Bu kənd aylardır ki, Ərəbistanın şərqində şiələrin mübarizəni davam etdirməsinin simvoluna çevrilmişdir. Səudiyyə rejimi təhlükəsizlik qüvvələri indiyə qədər bu tarixi kəndə bir neçə dəfə hücum etmiş və çoxlu sayda mənzili dağıtmışlar.

Səudiyyə Ərəbistanı rəsmiləri iddia edirlər ki, əl-Məsurə kəndi de-stabilliklə mübarizə üçün dərhal dağılmalıdır. Bir çox ictimai qurum Ərəbistan qüvvələrinin bu kəndə hücumunu tənqid edərək bu hərəkəti qeyri-qanuni adlandırıb.

Teqlər

Şərhlər