• Mosulun şəhərinin qərbi hərbi cəhətdən azad olunub

İraq daxili işlər naziri bildirib: Hərbi cəhətdən Mosul şəhərinin qərb hissəsi azad edilmiş hesab olunur.

Əl-Məyadin televiziyasının məlumatına görə, Qasim əl-Ərəci bu televiziyaya verdiyi müsahibəsində deyib: Hərbi cəhətdən Mosulun qərb hissəsi azad olunub və hazırda qüvvələrimizin nəzarətindədir. Lakin İŞİD ünsürləri bəzi bölgələrdədir və biz onları təqib edirik. Mosulu tam şəkildə təmizləməliyik. Lakin biz kamikadze ünsürləri olan və son ana qədər savaşan düşmənlə üz-üzəyik.

Əl-Ərəci əlavə edib: Mosulun tam azad olunmasınadək döyüşmək üçün lazımi iradəmiz vardır. Mosulun şimalında açdığımız savaş istiqaməti çoxlu uğurlar qazanıb.

May 19, 2017 13:44 Asia/Baku
Şərhlər