• Yəməndə analoqu olmayan vəba epidemiyası

Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə vəba epidemiyasının analoqu olmayan şəkildə yayıldığını bildirib.

Misirin əl-Youm əl-Sabe portalının məlumatına görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəməndə infrastruktur obyektlər, xüsusilə də su siteminə hücumlarının davam etməsi bu ölkə vətəndaşları arasında analoqu olmayan şəkildə vəba xəstəliyi yayılmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının Yəməndəki nümayəndəsi cümə günü jurnalistlərlə telefon müsahibəsində bildirib: Yəməndə bu xəstəliyə yoluxanların sayı 27 apreldən indiyə qədər 23 min 420 nəfərə çatıb və 18 vilayətdə 242 nəfər bu xəstəlik nəticəsində dünyasını dəyişib.

ÜST nümayəndəsinin sözlərinə görə, gələn altı ay ərzində vəba xəstəliyinə yoluxanların sayı 200-300 minə qədər artacaq.

BMT-nin Uşaq Fondu YUNİSEF çərşənbə günü bildirib: Yəməndə vəba xəstəliyinin yayılması son həftələrdə 206 nəfərin ölümü ilə nəticələnib və 17 mindən çox yəmənlinin bu xəstəliyə yoluxduğu ehtimal olunur.

May 19, 2017 16:58 Asia/Baku
Şərhlər