• Səudların Yəməndəki bir bazara hücumlarında ölən və yaralananlar var
    Səudların Yəməndəki bir bazara hücumlarında ölən və yaralananlar var

Səud qırıcılarının Yəmənin şimalında yerləşən Səədə vilayətindəki bir bazara qarşı hücumlarında 25 nəfər ölüb, bir qrup insan da yaralanıbdır.

IRNA müxbirinin Yəmənin Səədə vilayətinin səhiyyə mərkəzinə istinadlı məlumatına görə, səud qırıcıları bu gün səhər tezdən Səədə vilayətində yerləşən Şəda sərhəd şəhərində yəmənli mülkilərin toplandıqları məkanı hədəfə alıblar. Səud təcavüzkarları mübarək Ramazan ayında, xüsusən bu ayın son günlərində Yəmənin günahsız xalqına qarşı hücumlarını davam etdirməkdədirlər.

Eyni zamanda, Yəmən məclisinin üzvü Əhməd Əlhəklani də vəba xəstəliyi nəticəsində bu ölkədə min əlli dörd nəfərin həyatını itirməsinə işarə edərək, söyləyib: 151 min nəfərdən çox insan da bu xəstəliyə yoluxubdur. Belə bir halda, səud və amerikan qırıcıları iyunun üçündə Səədə vilayətində yerləşən Vəbanın Müalicəsi Mərkəzini hədəfə alıblar ki, nəticədə xəstələr və onların yanında qalan şəxslərdən bir qrupu bədən xəsarəti alıbdır. Bu hücum həmçinin həmin binanın və onun tibbi ləvazimatının məhv olmasına gətirib çıxarıb və xəstələr tez bir zamanda digər məkanlara köçürülüblər.

Səud təcavüzünün, eləcə də dərman preparatları və tibbi təchizatlar çatışmazlığının davam etməsinin ardınca Yəməndə vəba xəstəliyi yayılıbdır.

Jun 18, 2017 09:33 Asia/Baku
Şərhlər