• Fələstinlilərin minlərlə keçid vərəqəsi ləğv edilib

Sionist rejim Ümumdünya Qüds Gününün yaxınlaşması ilə fələstinlilərin qərb sahilindən Qüdsə getmək üzrə minlərlə keçid vərəqəsini ləğv edibdir.

Mehr xəbər agentliyinin məlumatına görə, sionist rejim dünən təhlükəsizlik adlandırdığı dəlillərə görə, fələstinlilərin qərb sahilindən Qüdsə getmək üzrə 25 min keçid vərəqəsini ləğv edib.

Digər tərəfdən, sionist rejim hərbçiləri Qüdsdə şəhadətsevər hücumların amillərinin mənzillərinin dağıdılması qərarına gəliblər. Cümə günü gecə işğal olunmuş Qüdsün mərkəzində keçirilmiş şəhadətsevər əməliyyatda bir sionist hərbçi öldürülüb, üç fələstinli gənc də şəhid olubdur.

Qüds intifazəsi sionist hərbçilərin və sionist qəsəbə sakinlərinin başda Məsciduləqsa durmaqla Fələstinin islami müqəddəslərinə qarşı hücumlarının şiddətlənməsinə etiraz olaraq, 2015-ci ilin bir oktyabrında formalaşıb. Qüds intifazəsinin başlanmasından bəri təqribən 320 fələstinli şəhid edilibdir.

Jun 18, 2017 11:14 Asia/Baku
Şərhlər