• BƏƏ Yəmən adalarını işğal etmək istəyir

Birləşmiş Ərəb Əmirliklərinin Yəməndə hərbi bazalar yaratmaq və Mion adasında təsisatlar qurmaqla özünün bu ölkəyə istilasını təmin etmək cəhdləri barədə məlumatlar yayılıb.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Yəməndə xüsusiylə bu ölkənin qərbində hadisələrin ardıcıllığını nəzərə alaraq BƏƏ-nin ərəb koalisiyası örtüyü altında və Səudiyyə Ərəbistanının süsqunluğu ilə özünün Yəməndəki nüfuzunu gücləndirmək üçün strategialar hazırlayıb. 

Mion adası, Əl-Məxa limanı və Zubab kəndi BƏƏ-nin bu niyyətini sübut edən faktlardır . BƏƏ sadəcə bu bölgələri nəzarətə almaq məqsədini güdmür həm də bu bölgələrdə hərbi bazalar və mərkəzlər yaratmaq üçün yerli sakinlərin məcburi köçkün etməyə cəhd göstərir. 

Mion adası Babül-Məndəb boğazının şimal girişində yerləşir və 13 kvadrat kilometr əraziyə malikdir. Bu adanın strateji mövqeyi ona əcnəbilərin işğalçılıq və tamahkarlın niyyətləri üçün münbit şərait yaradıb. 

Jul 16, 2017 20:15 Asia/Baku
Şərhlər