• İraq hökuməti xalq səfərbər qüvvələrinə dəstəyini davam etdirir
    İraq hökuməti xalq səfərbər qüvvələrinə dəstəyini davam etdirir

İraq xalq səfərbər qüvvələri heyətinin rəhbəri İraq hökumətinin bu qüvvələrə dəstəyinin davam etdiyini qeyd edib.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, İraq xalq səfərbər qüvvələri heyətinin rəhbəri Faleh əl-Fəyyaz Bağdadda qələbə günləri münasibəti ilə təşkil olunan tədbirdə sədaqətli çağırışlara ləbbeyk deməkdə bu ölkə xalqının dirçəlişinin isbat olunması üçün Həşdüş-Şəəbini tarixi dərs adlandırıb: Həşdüş-Şəəbi fədakarlıq üçün təsis olunub və gələcəkdə xalq səfərbər qüvvələri təşkilatlanacaq ki, silahlı qüvvələrin baş komandanlığının nəzarəti altında İraq dövlətinin himayədarı, mühafizi və arxası olsun. 

İraq parlamentində Qanun Hökuməti fraksiyasının üzvü Firdovs əl-Əvadi də bundan öncə bildirmişdi ki, İraq xalq səfərbər qüvvələri Səudiyyə Ərəbistanı və ABŞ kimi xarici ölkələrin məkrli planlarını ifşa etməkdən əlavə. daxili məkrli planların da üstünü açıb. Bu məkrli planları İŞİD terror qruplaşması icra edirdi. 

Həmçinin İraq baş naziri Heydər əl-ibadi Həşdüş-Şəəbi qüvvələrinə dəstək üzrə bu qüvvələrin addımları əleyhinə bütün hərəkətləri beynəlxalq təhlükəsizlik xidmətlərinin yalanı adlandırıb: Bu qüvvələr İraq ordusunun kənarında öz potensiallarına arxalanaraq İraqda İŞİD terror qruplaşmasını məğlub etdi. 

İraq baş naziri 10 iyulda Mosulun tam şəkildə İŞİD-in işğalından azad olunduğunu elan etdi. 

Jul 17, 2017 15:19 Asia/Baku
Şərhlər