• Yəmənin Milli Xilas Hökumətinin xarici işlər naziri Hişam Şərəf

Yəmənin Milli Xilas Hökumətinin xarici işlər naziri bildirib: Ər-Riyad Yəmənə təcavüzün hərbi və siyasi məğlubiyyətlərinin ardınca, vəba kimi təhlükəli xəstəliklərin yayılmasına üz tutdu.

Fars Xəbər Agentliyinin məlumatına görə, Yəməndə vəba epidemiyasının yayılmasının mənfi nəticələrinin araşdırılması üzrə keçirilən iclasda Yəmənin Milli Xilas Hökumətinin xarici işlər naziri Hişam Şərəf deyib: Səudiyyə Ərəbistanı döyüş meydanında və iqtisadi savaşda öz məqsədlərini gerçəkləşdirə bilmədikdən və Yəmənin hava, dəniz və quru keçidlərini bağlamaqla və ya işçilərin maaşlarını kəsməklə nailiyyət əldə edə bilmədikdən sonra vəba kimi təhlükəli xəstəliklərin yayılmasına üz tutdu. 

Yəmən xarici işlər naziri beynəlxalq ictimaiyyət və insan haqları fəallarından Yəməndə vəba xəstəliyinin qarşısının alınması və ehtiyac duyulan əsaslı dərman preparatlarının təmin olunması istiqamətində addımlar atmasını istəyib. Belə ki, Səna beynəlxalq hava limanının yenidən fəaliyyətə başlaması ilə dərman preparatları və tibbi və humanitar yardımların göndərilməsinə şərait yaradılsın. 

Bu iclasda BMT-nin humanitar məsələlər üzrə xüsusi koordinatoru, Dünya Ərzaq Proqramının nümayəndəsi, BMT-nin Didərginlərin Məsələləri üzrə Komissiyası, Qırmızı Xaç Komitəsi, Sərhədsiz Həkimlər Təşkilatı, YUNİSEF-in nümayəndələri və çoxlu sayda digər beynəlxalq təşkilatların rəsmiləri iştirak edib. 

Yəməndə indiyə qədər 332 min 658 nəfər vəba xəstəliyinə yoluxub və nəticədə 1759 nəfər dünyasını dəyişib. 

Jul 17, 2017 17:07 Asia/Baku
Şərhlər