• İraqda Spayker cinayəti; Kütləvi məzarlıq aşkarlandı
    İraqda Spayker cinayəti; Kütləvi məzarlıq aşkarlandı

İraq qüvvələri Tikritdə Prezident Sarayları zonasında Spayker cinayəti qurbanlarına aid kütləvi məzarlığı aşkar ediblər.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, 2014-cü il 11 və 12 iyunda İŞİD terrorçuları İraqın şimal və mərkəzində bir çox ərazini, o cümlədən Tikrit yaxınlığında Spayker bazasını işğal edərək böyük qırğınlar törətdilər. Bu cinayətdə 1700 hərbçi bu bazada qətlə yetirildi. 

İraqın Mərkəzi Cəza Məhkəməsi ötən iki ildə Spayker bazası qırğınında iştirak edən 40 nəfərə edam qərarı verib. 

İndiyə qədər Spayker cinayəti qurbanlarına aid 15 məzarlıq aşkarlanıb. Onların əksəriyyəti bu hərbi hava bazasının tələbələri olublar. 

İŞİD terrorçularının İraqın Tikrit şəhərində Spayker hərbi hava bazasına hücumu zamanı bazada təxminən 4000 silahsız hərbi tələbə olub. Bu bazada 1700 silahsız şiə tələbə qətliam edilib. 

Jul 17, 2017 17:08 Asia/Baku
Şərhlər