Jul 30, 2017 09:35 Asia/Baku
  • Yəmən ordusunun səud muzdurlarına hücumu
    Yəmən ordusunun səud muzdurlarına hücumu

Yəmən ordusu artilleriyasının Ərəbistanın cənub-qərbində yerləşən Əsir vilayətinə qarşı artilleriya hücumlarında bir qrup səud muzduru ölüb və ya yaralanıbdır.

Əlməsirə informasiya kanalının məlumatına görə, yəmənli qüvvələr həmçinin Ərəbistanın cənub-qərbində yerləşən Cizan vilayətindəki hərbi bir mərkəzi hədəfə alıblar.

Yəmənin ordusu və xalq qüvvələri cümə günü Əlcabiri bazasına və səudların Cizandakı mövqelərinə yiyələniblər.

Belə bir halda, Yəmən silahlı qüvvələrinin sözçüsü Şərəf Qalib Loğman bu ölkənin Ərəbistanın mövqelərinə qarşı hücumlarını son dərəcə çətin adlandırıb və bildirib ki, bu hücumlarda səud ordusuna bir çox insan tələfatı və maliyyə ziyanı dəyibdir.

Teqlər

Şərhlər