• Onlarla yaraqlı Suriyanın dövlət qüvvələrinə təslim olub

Suriyanın Hələb vilayətinin şərqində yerləşən Mənbic məntəqəsində onlarla silahlı şəxs bu ölkənin dövlət qüvvələrinə təslim olub.

Suriyanın Ələxbariyyə telekanalının məlumatına görə, onlar ölkənin və xalqın təhlükəsizliyini xətərə salacaq hər cür hərəkətdən çəkinməyi üzərlərinə öhdəlik götürüblər.

Bu şəxslər üzərlərinə öhdəlik götürüblər ki, terrorçuluq qrupları ilə həmkarlıq etsələr də əlləri bir kəsin qanına bulanmayıbdır.

Bu şəxslərin bir qrupu əlaqədar tərəflərin rəftarları və qarşılama tərzini yüksək qiymətləndirib və ölkənin ağuşuna geri dönməsinə görə şaddır.

Suriyalı qüvvələrdən biri də bütün silahlı şəxslərdən istəyibdir ki, geri dönərək, prezidentin əfvindən istifadə etsinlər. O həmçinin bildirib ki, silahlarını kənara qoyan şəxslərin sayı artmaqdadır.

Jul 30, 2017 20:22 Asia/Baku
Şərhlər