• \"Mirza Ulənq\" cinayətinin amillərindən biri öldürülüb

Əfqanıstanın şimalında Sərpol vilayətində Mirza Ulənq bölgəsində törədilən bəşəriyyətə qarşı cinayətin amillərindən biri öldürülüb.

Ava xəbər agentliyinin verdiyi məlumata görə, Sərpol vilayətinin icra hakimi Məhəmməd Tahir Vəhdət dünən müxbirlərə deyib: Əfqanıstan ordusunun vertolyotlarının Sərpol vilayətinin Ləğman bölgəsinə hücumları nəticəsində Mirza Ulənqin günahsız əhalisinin qırğın edilməsində rolu olmuş terrorçu qrupların komandanlarından biri öldürülüb. 

Məhəmməd Tahir Vəhdət deyib: Bu hücumlarda terrorçşulara ağır zərbələr endirilib. 

Əfqanıstan ordusunun təhlükəsizlik və hava qüvvələri bu gün səhər çağından bölgənin terrorçulardan təmizlənilməsi məqsədi üçün geniş hücumlara başlayıblar. 

Taliblər İŞİD terrorçularının yardımı ilə 5 gün öncə Mirza Uləng bölgəsinə hücum edərək qadın, uşaq və qocalardan ibarət olan 60 mülkini qəddarcasına qırğın etdi. 

Aug 11, 2017 10:31 Asia/Baku
Şərhlər