• Yəmən sahillərində təcavüzkarların bir freqatı hədəfə alınıb

Yəmən ordusunun və xalq komitələrinin dəniz və sahil müdafiə qüvvələri bildiriblər ki, səud-amerikan təcavüzkarlara məxsus bir ədəd freqatı Yəmənin qərb sahillərində, Təiz vilayətinin cənub-qərbində yerləşən Əlməxa limanında hədəfə alıblar.

Yəmənin Əlməsirə telekanalı bu gün dəniz və sahil müdafiə qüvvələrindəki bir hərbi mənbəyə istinadla bu xəbəri verərək, belə əlavə edib: Yəmən ordusunun və xalq komitələrinin dəniz və sahil müdafiə qüvvələri iyulun 29-da da Əlməxa sahillərində Birləşmiş Ərəb Əmirliklərinə məxsus bir ədəd freqatı hədəfə almışdılar.

Yəmənin dəniz qüvvələri səud-amerikan təcavüzün başlanmasından bəri 12 gəmi və hərbi freqatı, eləcə də ondan yuxarı hərbi qayığı hədəfə alıblar.

Yəmənli hərbi ekspert İsmail Əlhəsəni də bu ölkə sahillərində təcavüzkar qüvvələrin bu freqatının hədəfə alınması haqda deyib ki, yəmənli qüvvələrin təcavüzkarlara xəbərdarlığı olduqca ciddidir.

Ərəbistan Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsilə 2015-ci ilin martında Yəməni quru, dəniz və havadan mühasirəyə almaqla bərabər, bu ölkəyə qarşı hücuma keçdi və bu təcavüz indiyədək davam edir.  Bu hücumlar Yəmənin infrastrukturlarını dağıtmaqdan əlavə, təqribən 40 min yəmənlinin həlak olması və yaralanması ilə nəticələnibdir.

Aug 12, 2017 19:00 Asia/Baku
Şərhlər